...

AZPROMO xarici investisiyaların cəlbi üçün sahibkarların təkliflərini qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 19:31 (UTC +04:00)
AZPROMO xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
AZPROMO xarici investisiyaların cəlbi üçün sahibkarların təkliflərini qəbul edir

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. Bu barədə çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir.

İnvestisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Layihənin adı və həyata keçiriləcəyi yer;
- Layihənin məqsədi və təsviri;
- Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü;
- Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti;
- Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqələndirici şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt).

Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsi, 11, AZ 1001

Əlaqələndirici şəxs: Vüsal Abbasov; e-mail: [email protected]; Tel: (012) 598-01-47 (daxili:105); Faks: (012) 598-01-52.

Xəbər lenti

Xəbər lenti