...

Azərbaycanda ilin əvvəlindən 155,1 ton saxlama müddəti ötmüş və keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2011 15:58 (UTC +04:00)
Azərbaycanda ilin əvvəlindən 155,1 ton saxlama müddəti ötmüş və keyfiyyətsiz ərzaq məhsulları məhv edilib
Azərbaycanda ilin əvvəlindən 155,1 ton saxlama müddəti ötmüş və keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci yarısında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 155,1 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Zaqatalada "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda təşkil edilmiş konfransda dövlət xidmətinin rəhbəri Zahid İsayev deyib.

Konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Zaqatala rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 240-a qədər istehlakçı iştirak edib.

İsayevin sözlərinə görə, inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 642,1 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 182,4 min manat maliyyə sanksiyası tətbiq olunub.

Avqustun 19-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti