...

SECO Azərbaycan üçün üç yeni layihəni təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 11:34 (UTC +04:00)
İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) ümumi məbləği 3,5 milyon dollar olan üç yeni layihəni təsdiqləyib. Bu barədə cümə axşamı SECO-nun Bakı Ofisindən bildiriblər.
SECO Azərbaycan üçün üç yeni layihəni təsdiqləyib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) ümumi məbləği 3,5 milyon dollar olan üç yeni layihəni təsdiqləyib. Bu barədə cümə axşamı SECO-nun Bakı Ofisindən bildiriblər.

SECO "Azərpoçt" dövlət poçt operatoruna 600 min dollar məbləğində texniki dəstək, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə kapital bazarının müasirləşdirilməsi layihəsi üçün 1,6 milyon dollar, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və Maliyyə Nazirliyi, Mərkəzi Bank və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində maliyyə təlimi layihəsi üçün 1,3 milyon dollar ayrılmasını təsdiq edib. Bütün layihələr 5 il müddətinə nəzərdə tutulub və Dünya Bankı ilə birgə həyata keçirilir.

Poçt operatorunun əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə hazırlanmasını nəzərdə tutan "Maliyyə xidmətlərini inkişafı" layihəsinin həyata keçirilməsinin əvvəlindən layihədə SECO-nun payı 500 min dollar təşkil edir. "Maliyyə xidmətlərinin inkişafı" layihəsi 2005-ci ildən Dünya Bankının dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Bu layihənin 2009-cu ildə başa çatdırılması planlaşdırılmışdı, lakin texniki işlərin müəyyən edilmiş müddətədək başa çatmaması ilə əlaqədar olaraq layihə daha bir il uzadılıb. Yeni texniki yardımın göstərilməsi çərçivəsində SECO treninqlərin keçirilməsinə kömək edəcək, eləcə də poçt operatorunun dizaynının dəyişdirilməsini və məhsullarının rebrendinqini maliyyələşdirəcək.

Dünya Bankı kapital bazarının müasirləşdirilməsi layihəsi üçün 12 milyon dollar ayırıb; SECO bu layihənin bir ünsürünü - kapital bazarı iştirakçılarının imkanlarının möhkəmləndirilməsi və bazar müəssisələrinin inkişafı layihəsini maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti