...

Azərbaycanda taxıl idxalına ƏDV tətbiqi daxili istehsalın inkişafı üçün vacibdir - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 15:22 (UTC +04:00)
Nazirlər Kabinetinin 10 iyul tarixindən etibarən idxal olunan taxıl, meslin (buğda və çovdar qarışığı), buğda və çovdar ununun ƏDV-dən azad edilməsinin ləğvi haqqında qərarı ölkənin daxili bazarını stimullaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda taxıl idxalına ƏDV tətbiqi daxili istehsalın inkişafı üçün vacibdir - nazir müavini

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabinetinin 10 iyul tarixindən etibarən idxal olunan taxıl, meslin (buğda və çovdar qarışığı), buğda və çovdar ununun ƏDV-dən azad edilməsinin ləğvi haqqında qərarı ölkənin daxili bazarını stimullaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev belə düşünür.

"İdxalçılar üçün bu güzəştlərə artıq ehtiyac yoxdur. ƏDV tətbiqi vacibdir, çünki daxili bazarın qorunması və inkişafı üçün idxalı deyil, ixracı dəstəkləmək lazımdır", - Trend-in məlumatına görə, Əliyev bazar ertəsi jurnalistlərə deyib.

Həmin güzəştlər 3 dekabr 2010-cu ildə tətbiq olunmağa başlayıb və 1 avqust 2011-ci il tarixinədək qüvvədə olmalı idi.

Azərbaycanda ƏDV tarifi 18 faizdir. Keçən il bu güzəştin tətbiqi ölkənin daxili tələblərinə cavab vermək üçün idi, çünki təbii fəlakətlər səbəbindən ötən il məhsul az idi.

Əliyevin sözlərinə görə, nazirliyin məqsədi Azərbaycanın taxıla olan ehtiyacını daxili istehsal hesabına təmin etməkdir.

Avqustun 22-nə olan göstəricilərə görə, 930,8 min hektar sahədən (il ərzində 0,2 faiz azalma) 2,3 milyon ton taxıl yığılıb (24,2 faiz artım).

Ümumiyyətlə, ötənilki göstəricidən 0,5 faiz az olan 933,6 min hektardan məhsul yığımı gözlənilir.

Hesabat dövründə 654,02 min hektardan (il ərzində 0,4 faiz azalma) 1,64 milyon ton buğda yığılıb (25,5 faiz artım).

Son göstəricilərə görə, buğda əkilmiş sahələrin 99,97 faizi işlənib.

Ölkədə yaz-əkin işləri iyunda başa çatıb.

Xəbər lenti

Xəbər lenti