...

"Azərbaycan Dəmir Yolları" QSC turizmin inkişafı üzrə tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 13:59 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC turizmin inkişafı üzrə tədbirlər görür.
"Azərbaycan Dəmir Yolları" QSC turizmin inkişafı üzrə tədbirlər görür

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir A.Axundov

"Azərbaycan Dəmir Yolları" QSC turizmin inkişafı üzrə tədbirlər görür. Trend-in məlumatına görə, bunu Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) üzvlərinin turizmin inkişafına həsr olunmuş növbəti görüşündə QSC-nin Marketinq və tariflər şöbəsinin direktor müavini Hüsaməddin Məmmədli bildirib.

QSC-də dəmiryol stansiyalarının təmiri və onların yeni dizaynda tərtibatı üzrə qərar qəbul edilib.

"Hazırda qatarlarda bələdçilərin hazırlanması üzrə iş aparılır. Gələcəkdə müsabiqə keçiriləcək və onun tələblərindən biri ikinci və ya üçüncü xarici dili bilmək olacaq", - Məməmdli deyib.

Bununla yanaşı, dəmir yol xətti kənarındakı ərazilərin təmizlənməsi və yaşıllaşdırılması tədbirlərinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti