...

Azərbaycan və Rusiya bir sıra hökumətlərarası saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Rusiya iki ölkə arasındakı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı normativ-hüquqi bazanın genişləndirilməsini davam etdirir.

Oktyabr ayının əvvəlində RF-nin Baş nazirinin müavini və ticarət-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın həmsədri Aleksandr Xloponinin Bakıya səfəri zamanı bir neçə sazişin imzalanması gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda jurnalistlərə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

Xloponin həmçinin RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsidir.

"İki sazişin layihəsi artıq tamamlanma ərəfəsindədir. Bunlar Rusiya vahid energetika sistemi ilə Azərbaycan energetika sisteminin paralel işinin təmininə dair tədbirlər və əmək miqrasiyası haqqında sazişlərdir", - o deyib.

Bundan əvvəl Şedrin Şimali Qafqaz Federal Dairəsi subyektləri ilə də sazişlərin bağlanma imkanından danışıb.

Xloponinin səfəri zamanı onun Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla görüşərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi gözlənilir. Habelə, səfər zamanı hələ də barəsində mübahisəli məsələlər olan "İnvestisiyaların qarşılıqlı müdafiəsi və artırılması haqqında" hökumətlərarası saziş layihəsi ilə bağlı müzakirələrin aparılması da istisna olunmur.

Xəbər lenti

Xəbər lenti