Gürcüstan, Tbilisi, 29 dekabr /Trend müxbir N.Kirsxaliya/
Cümə axşamından etibarən Bakı-Tbilisi əlavə qatarı xəttə buraxılacaq. "Gürcüstan Dəmir Yolları" MMC-dən Trend-ə verilən məlumata görə, bu qərar Azərbaycan tərəfinin xahişi əsasında qəbul edilib.
Bu, Azərbaycan turistlərinin bayram günlərində Gürcüstanda olmaq istəyi ilə izah edilir. Bu günlərdə Batumi və Tbilisidə beynəlxalq ulduzların iştirakı ilə Yeni il mərasimləri keçiriləcək. Belə ki, Yeni il gecəsində Xulio İqlesias Batumidə oxuyacaq.
MMC Yeni il günlərində Qərbi Gürcüstan istiqamətinə də yeni reyslər təşkil edəcək.