...

Azərbaycanın qeyri-neft sektoru 2011-ci ildə vergi daxilolmalarını 22 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 10:58 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi tərəfindən 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib.
Azərbaycanın qeyri-neft sektoru 2011-ci ildə vergi daxilolmalarını 22 faiz artırıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyi tərəfindən 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz faiz çoxdur. Hesabat dövründə vergi daxilolmalarının 39,0 faizi mənfəət vergisinin, 25,4 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür.

Ötən il ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub. 2011-ci ilin iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılmış, ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınıb. 1 yanvar 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380 olub.

2011-ci il ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.

Yanvarın 13-də rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti