...

Bakıda keyfiyyətsiz şirniyyat məhsulları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 17:12 (UTC +04:00)
Bakıda keyfiyyətsiz şirniyyat məhsulları aşkarlanıb.
Bakıda keyfiyyətsiz şirniyyat məhsulları aşkarlanıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Bakıda keyfiyyətsiz şirniyyat məhsulları aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə, ev 1A ünvanında Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Bu barədə cümə günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qanun pozuntuları ilə əlaqədar, şərq şirniyyatları istehsalının və aşkar edilmiş 261 kq şərq şirniyyatın satışının dayandırılması, habelə ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zəminə Hüseynovaya icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti