...

"Atəşgah" SŞ 2012-ci ildə KASKO üzrə 890 min dollardan çox ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 14:06 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti mart ayında KASKO üzrə 13,1 min manat həcmində növbəti iri sığorta ödənişini həyata keçirib.
"Atəşgah" SŞ 2012-ci ildə KASKO üzrə 890 min dollardan çox ödəniş edib

Azərbaycan, Bakı, 14 mart/Trend/

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti mart ayında KASKO üzrə 13,1 min manat həcmində növbəti iri sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

"Bu məbləğ toqquşma səbəbindən zədələnmiş "Hyundai IX35" markalı avtomobilin sahibinə verilib. Hadisə Bakı şəhəri Babək prospektində baş verib", - məlumatda deyilir.

Ümumiyyətlə, ilin əvvəlindən "Atəşgah" SŞ-nin KASKO üzrə həyata keçirdiyi ödənişlərin məbləği 700 min manatı ötüb.

Qeyd edək ki, "Atəşgah" şirkəti 1996-cı ilin sonunda təsis edilib.

Xəbər lenti

Xəbər lenti