...

Azərbaycanda banklar üçün MHBS-də olan yeniliklərə aid seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 12:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı və "Deloitte" audit şirkətinin birgə təşkilatçılığı ilə banklar üçün Maliyyə Hesabatlığının Beynəlxalq Standartlarında (MHBS) olan yeniliklərə aid seminar keçirilib.
Azərbaycanda banklar üçün MHBS-də olan yeniliklərə aid seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankı və "Deloitte" audit şirkətinin birgə təşkilatçılığı ilə banklar üçün Maliyyə Hesabatlığının Beynəlxalq Standartlarında (MHBS) olan yeniliklərə aid seminar keçirilib.

AMB-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, iki gün davam edən treninqlər "Deloitte" şirkətinin MHBS sahəsində ixtisaslaşmış mütəxəssisləri tərəfindən aparılıb. Seminarda MHBS-də edilmiş cari dəyişikliklərlə yanaşı, bankların maliyyə hesabatlığına təsir edə biləcək planlaşdırılan yeniliklər də müzakirə edilib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nümayəndələri ilə yanaşı, Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti