...

May ayında Bakıda avtomobillərin orta hesabla qiyməti dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2012 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Ə.Həsənov/

May ayında Bakının avtomobil bazarında təklif 2,9 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqin nəticilərinə dair məlumatında deyilir.

"Taksilərə qarşı yeni qaydaların tətbiqi ilə əlaqədar köhnə xarici avtomobillərin hesabına təklifin kəskin artım tendensiyası 2012-ci ilin əvvəlindən başlayıb", - məlumatda qeyd edilir.

May ayında bazarda avtomobilin orta hesabla qiyməti apreldə olduğu kimi qalaraq, 15 750 dollar təşkil edib.

"Mayda bazarda dinamikanın artması təkrar avtomobil bazarında 1,3 faiz azalaraq 44,6 günə çatan avtomobilin ekspozisiya müddətinin azalmasına səbəb olub", - təşkilatın ekspertləri hesab edirlər.

May ayı ərzində təşkilat təkrar avtomobil bazarında monitorinq aparıb. Bu zaman təqribən 16 000 avtomobil araşdırma predmeti olub ki, onların yalnız 25,1 faizi mayda bazara çıxarılıb. Yerdə qalan 74,9 faiz əvvəlki aylardan qalıb. Son aylardan fərqli olaraq, köhnə avtomobil bazarı son dörd ay ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Təkrar bazarda liderlik mövqeyini uzun müddət qoruyub saxlayan "Mercedes" markalı avtomobillərə təklifin həcmi mayda aprelə nisbətən 1,1 faiz artıb. Bazarda bu markadan olan avtomobillərin payı 35 faiz təşkil edir.

Bazarın portfelində 9 markadan olan avtomobillərin payı 86,7 faiz təşkil edir. Yerdə qalan 13,3 faiz 20-dən yuxarı avtomobil şirkətinin 80 markadan çox avtomobillərinin payına düşür.
Bazarda ən böyük təklif artımı (3,7 faiz) VAZ avtomobilləri üzrə olub.

Xəbər lenti

Xəbər lenti