...

Azərbaycan gömrük sahəsində Uruqvayla saziş imzalamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 13:03 (UTC +04:00)
Azərbaycan gələcəkdə Uruqvayla gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.
Azərbaycan gömrük sahəsində Uruqvayla saziş imzalamağı planlaşdırır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan gələcəkdə Uruqvayla gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Uruqvayın nümayəndə heyəti ilə görüşündə DGK-nın sədri Aydın Əliyev bildirib.

"Azərbaycanın başqa dövlətlərlə, o cümlədən Cənubi Amerika ölkələri ilə iqtisadi əməkdaşlığı yeni səviyyəyə çatıb. Bu yaxınlarda Argentina ilə saziş imzalanıb və biz Uruqvayla da bu istiqamətdə gələcək əməkdaşlığa ümid edirik", - Əliyev qeyd edib.

Uruqvayın Gömrük Xidmətinin rəhbəri Enrike Kanon Pedraqoza yüksək səviyyədə qəbula görə Azərbaycan tərəfinə münnətdarlığını bildirib və eləcə də ölkələr arasında gələcəkdə səmərəli əməkdaşlığa ümidini ifadə edib.

Uruqvay nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçiriləcək, eləcə də Azərbaycanın regionlarına səfərlər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti