...

İstanbul Atatürk hava limanı bağlana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 17:37 (UTC +04:00)
İstanbulda üçüncü aeroport istismara verildikdən sonra Atatürk hava limanı bir-birinə yaxın məsafədə iki aeroportun işləməsinin məqsədyönlü olmaması səbəbindən bağlana bilər.
İstanbul Atatürk hava limanı bağlana bilər

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Tağıyeva/

İstanbulda üçüncü aeroport istismara verildikdən sonra Atatürk hava limanı bir-birinə yaxın məsafədə iki aeroportun işləməsinin məqsədyönlü olmaması səbəbindən bağlana bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyə özəl aviasiya şirkətinin rəhbəri Murad Ersoy deyib.

Ersoyun sözlərinə görə, Atatürk aeroportu gələcəkdə özəl uçuşlar üçün istifadə edilə və ya ümumiyyətlə sökülə bilər.

Qeyd edək ki, İstanbulda üçüncü aeroport şəhərin şimalındakı Terkos gölü yaxınlığında inşa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti