Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir C.Nəsibova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Zaminbank" ASC-nin 10 milyon manat məbləğində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə cümə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat veriblər.
Emissiyanın yerləşdirilməsi nəticəsində "Zaminbank" ASC-nin nizamnamə kapitalı 32,181 milyon manatdan 42,181 milyon manatadək artırılacaq.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" ASC çıxış edir.