...

Azərbaycanın qeyri-neft sektorunda 7,8 faiz artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 16:19 (UTC +04:00)
Azərbaycanın sənaye sahələrində 2012-ci ildə 33,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 7,8 faiz artım, neft sektorunda 4,2 faiz azalma müşahidə olunub.
Azərbaycanın qeyri-neft sektorunda 7,8 faiz artım müşahidə olunub

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın sənaye sahələrində 2012-ci ildə 33,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 7,8 faiz artım, neft sektorunda 4,2 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehsalın 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

İl ərzində neft hasilatı 43 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil edib, qaz hasilatı 5,4 faiz artıb, neft hasilatı isə 5,3 faiz azalıb.

Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti