...

Azərbaycanda balıq ovuna 1750 tona yaxın kvota verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 17:41 (UTC +04:00)
Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən 2012-ci ildə balıq ovuna 1748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib.
Azərbaycanda balıq ovuna 1750 tona yaxın kvota verilib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən, Azərbaycanda 2012-ci ildə balıq ovuna 1748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanıb. Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti