...

Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin ilk körpüsünün açılış mərasimi olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 13:11 (UTC +04:00)
Bu gün Bakının yaxınlığında "Avesta" konserninin həyata keçirdiyi "Khazar Islands" yeni yaşayış kompleksinin tikintisi çərçivəsində ilk birləşdirici körpünün təməlqoyma mərasimi olub.
Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin ilk körpüsünün açılış mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakının yaxınlığında "Avesta" konserninin həyata keçirdiyi "Khazar Islands" yeni yaşayış kompleksinin ilk birləşdirici körpüsünün açılış mərasimi olub.

Trend-in məlumatına görə, konsernin rəhbəri Hacı İbrahim İbrahimov şənbə günü jurnalistlərə deyib ki, "Khazar Islands"ın dəyəri ilkin olaraq 100 milyard dollar həcmində qiymətləndirilir. Kompleks 1 milyon insanın yaşayışı üçün hesablanıb.

Onun sözlərinə görə, bu məbləğ ilkin hesablamaların aparılmasından sonra müəyyən edilib.

O, həmçinin qeyd edib ki, real dəyər nəzərdə tutulandan 5 faiz artıq və ya az ola bilər.

Bu layihənin həyata keçirilməsini 2030-cu ilə tam başa çatdırmaq planlaşdırılır. Kompleksdə hündürlüyü 1050 metr olan dünyanın ən hündür binası tikiləcək. Binanın tikintisinə 2017-ci ildə başlamaq planlaşdırılır. Bu binanın dəyəri 3 milyar dollar həcmində qiymətləndirilir. Bina gələcəkdə Azərbaycana turistlərin cəlb edilməsi hesabına xeyli gəlir gətirə bilər.

İbrahimov qeyd edib ki, bu ilin yayında yeni kompleksdə bulvarın bir hissəsinin, həmçinin restoran və çimərliklərin açılması planlaşdırılır.

Layihə 3 mərhələdə həyata keçiriləcək.

Süni arxipelaqda tikilən "Khazar Islands" ümumi sahəsi 3 min hektar olan müxtəlif həcmdə 50 ada və 19 mikrorayondan ibarət olacaq. Ümumilikdə arxipelaq 24 kvadratmetr kilometri əhatə edəcək - uzunluğu 8 kilometr, eni 3 kilometr olacaq. Bulvarın ümumi uzunluğu 150 kilometrə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti