...

İsmət Abasov Parisdə 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 15:41 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 2013-cü ilin 23 fevral - 3 mart tarixlərində keçiriləcək 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransanın Paris şəhərinə səfər edib.
İsmət Abasov Parisdə 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 2013-cü ilin 23 fevral - 3 mart tarixlərində keçiriləcək 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransanın Paris şəhərinə səfər edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Abasov Fransanın Aşağı Normandiya əyalətinə səfər edəcək, məşhur Kamambert pendirlərinin istehsalı müəssisəsi ilə tanış olacaq, Heyvanların Sağlamlığı üzrə Beynəlxalq Təşkilatın (OIE) baş katibi Bernard Vallat, Avropa Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi Rinqolds Arnitis və Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) baş direktoru Federiko Kastelluci ilə görüşəcək.

Hamçinin, nazir Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbirdə və Heydər Əliyev Fondunun Fransa regionlarındakı "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" adlı layihəsi çərçivəsində Şabli şəhərində təşkil ediləcək sərginin inauqurasiyasında və digər tədbirlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti