...

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 80 faizindən çoxu neft-qaz sektorunun payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 13:50 (UTC +04:00)
Ötən il Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 2011-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 30,6 faiz artaraq 10,59 milyard dollar təşkil edib.

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ. Xəlilova/

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 2011-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 30,6 faiz artaraq 10,59 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir.

Balansa əsasən, il ərzində ölkə iqtisadiyyatında birbaşa investisiyalar formasında xarici kapitalın ümumi həcmi 19 faiz artaraq 5,3 milyard dollar təşkil edib. Burada neft-qaz sektorunun xüsusi çəkisi 81,1 faiz olub. Bu investisiyalar Azərbaycan ərazisində əsasən, "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

Ötən il neft müqavilələri üzrə bonuslar qismində 2 milyon dollar daxil olub. Bu rəqəm 2011-ci ildə 20 milyon dollar təşkil edib.

AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 999,4 milyon dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 18,9 faizini təşkil edib. İl ərzində investisiyaların ümumi həcmi 2,2 faiz artıb, xüsusi çəki isə 2,7 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti