...

Bu il Azərbaycanda ipotekaya təqribən 20 milyon dollar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 17:44 (UTC +04:00)
2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 15,19 milyon manat məbləğində kredit ayrılıb ki, bu da ötən ilin müvafiq göstəricisini 4,47 faiz üstələyir.
Bu il Azərbaycanda ipotekaya təqribən 20 milyon dollar ayrılıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Axundov/

2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 15,19 milyon manat məbləğində kredit ayrılıb ki, bu da ötən ilin müvafiq göstəricisini 4,47 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in statistik hesabatında deyilir.

Hesabata əsasən, martda ipoteka kreditləşməsinin həcmi 2013-cü ilin fevralında verilən kreditlərin məbləğini 2,05 dəfə üstələyib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manatdan çox (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-mart aylarında banklar tərəfindən əvvəl verilmiş kreditlərin təkrar maliyyələşdirilməsinin ümumi həcmi 12,05 milyon manat (2012-ci ilin analoji dövrünün göstəricisindən 37,07 faiz az) təşkil edib. İlin birinci rübündə AİF 11 milyon manat həcmində istiqraz yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti