...

Dövlət Neft Fondunun vəsaitləri ölkə ÜDM-nin yarısını təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 15:45 (UTC +04:00)
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanan vəsaitlər ölkə ÜDM-nin yarısına bərabərdir.
Dövlət Neft Fondunun vəsaitləri ölkə ÜDM-nin yarısını təşkil edir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyeva/

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanan vəsaitlər ölkə ÜDM-nin yarısına bərabərdir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNF-nin icraçı direktoru rəhbəri Şahmar Mövsümov Bakıda keçirilən Dünya İqtisadi Forumunun iclası zamanı deyib.

Onun sözlərinə görə, ARDNF-də toplanan vəsaitlər ölkə xaricinə investisiya edilib və əsasən, infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir.

"Ölkə Prezidentinin iqtisadi strategiyası ARDNF vəsaitlərinin istifadəsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə istiqamətlənib", - Mövsümov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadiyyatda böyük uğurlara nail olub: yol infrastrukturu təkmilləşdirilib, ölkə elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib, yollar, məktəblər tikilir, kanalizasiya və su təchizatı sistemləri yenilənir və genişləndirilir.

Mövsümov bu il ARDNF vəsaitlərinin ayrılacağı iri layihələr sırasında, həmçinin Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin adını çəkib. Layihə özəl sektor üçün geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti