...

Vergilər Nazirliyinə daxil olan müraciətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 19:31 (UTC +04:00)
2013-cü ilin birinci rübündə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 84 868 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 129 469 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.
Vergilər Nazirliyinə daxil olan müraciətlərin sayı artıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

2013-cü ilin birinci rübündə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 84 868 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 129 469 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 49 913-ü canlı rejimdə müfəttiş-operatorlar, 34 955-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (15,4%), elektron xidmətlər (18,6%), qeydiyyat (9,7%), hesabatlar və onların doldurulma qaydaları (17,1%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (6,4%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (67,5%) və dövlət büdcəsinə olan vergi borcları (24,4%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 22,5% artıb. Birinci rüb ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 342 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,5%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,5%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 75,2%-i Bakı şəhərindən, 10,2%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti