...

Azərbaycanda Lommel-Berqeyk Ticarət Evinin açılışı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 16:49 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Avropanın ən səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin Lommel (Belçika) və Berqeyk (Niderland) şəhərlərinin Ticarət Evinın açılışı olacaq.
Azərbaycanda Lommel-Berqeyk Ticarət Evinin açılışı olacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycanda ilk dəfə olaraq Avropanın ən səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin Lommel (Belçika) və Berqeyk (Niderland) şəhərlərinin Ticarət Evinın açılışı olacaq.

Lommel Belçikanın inkişaf etmiş şəhərlərindən biridir və daha çox energetika şəhəri olaraq tanınır. Burada küləkdən, günəşdən və sudan enerji əldə olunur. Şəhər qədim tarixə malikdir. Qumdan şüşə hazırlanması texnologiyası da tarixən Lommelin adı ilə bağlıdır.

Niderlandın Bergeyk şəhəri texnologiya sahəsi üzrə dünyada qabaqcıl şəhərlərdən biridir. Dünyaca məşhur olan "Phillips" şirkətinin baş ofisi də bu şəhərdə yerləşir. Texnoloji çiplər hazırlayan istehsal maşınlarına sahib olan bu şəhər dünyanın 90 faizini bu çiplərlə təmin etməkdədir.

Şəhərin mədəniyyət və incənət sahəsində də müəyyən uğurları var. Belə ki, Berqeykdəki muzeylərin xüsusiliyi onların informasiya mərkəzinin də olması ilə bağlıdır. Şəhərdə fəaliyyət göstərən bir çox şirkət muzeylərin inkişafına öz dəstəyini göstərir.

Trend-in məlumatına görə, 17 aprel 2013-cü il tarixində İçərişəhərdə baş tutacaq açılış mərasimi hər iki şəhər merinin - Piter Vanvelthoven və Driek van de Vodevoortun (həm də Niderland Kralıçası Beatriksin sözçüsüdür) Azərbaycana rəsmi səfəri çərçivəsində mümkün olacaq.

Tədbirdə ölkəmizin görkəmli mədəniyyət və ictimaiyyat xadimləri, o cümlədən bir sıra dövlət müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir. Ticarət Evinin rəhbəri isə "Bresser Eurasia BV" şirkətinin sədri Leon Sveeger təyin olunacaq.

Ticarət Evini açmaqda məqsəd ölkələr arasında mövcud mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək, tərəflər arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və faydalı tərəfdaşlıq əlaqələri qurmaqdır, həmçinin Belçika və Niderland Krallığından Azərbaycana turist cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti