...

“Muğanbank” ASC-nin qiymətli kağızları ilk dəfə NASDAQ OMX Riqa fond birjasında yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 12:58 (UTC +04:00)
“Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi nominal dəyəri 7 mln. ABŞ dollarına bərabər olan 7 min ədəd qiymətli kağızları Latviya Mərkəzi Depozitariyası (LMD) tərəfindən qeydiyyata alınaraq NASDAQ OMX Riga fond birjasında yerləşdirilib.
“Muğanbank” ASC-nin qiymətli kağızları ilk dəfə NASDAQ OMX Riqa fond birjasında yerləşdirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

"Muğanbank" ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi nominal dəyəri 7 mln. ABŞ dollarına bərabər olan 7 min ədəd qiymətli kağızları Latviya Mərkəzi Depozitariyası (LMD) tərəfindən qeydiyyata alınaraq NASDAQ OMX Riga fond birjasında yerləşdirilib. Bazar ertəsi bankdan Trend-ə daxil olan məlumata görə, bu barədə "Muğanbank" ASC-nin idarə heyəti sədrinin müavini Rasim İsmayılov bankın ictimaiyyətlə əlaqələr şöbəsinə bildirib.

Rasim İsmayılov "Muğanbank" ASC-nin Avropa İttifaqının maliyyə sktrukturlarına inteqrasiyasını təmin edəcək bu təşəbbüsün gerçəkləşməsi üçün bank ilə LMD arasında müqavilə imzalandığını nəzərə çatdırıb.

Bank rəsmisi vurğulayıb ki, müqaviləyə əsasən "Muğanbank" ASC müvafiq qeydiyyatdan keçərək öz qiymətli kağızlarını NASDAQ OMX Riga fond birjasına çıxartmaq hüququna sahib oldu. Beləliklə, bankın qiymətli kağızları LMD tərəfindən beynəlxalq identifikasiya nömrəsi (ISIN) ilə təmin olunaraq NASDAQ OMX Riga fond birjasına çıxarılıb.

1995-ci ildə qiymətli kağızların depozitariyası statusu almış LMD Latviyada qiymətli kağızlar üzrə mərkəzi bank funksiyasını həyata keçirir. LMD digər ölkələrin qiymətli kağızları ilə razılaşma əsasında aparılan qeydiyyat və hesablaşma əməliyyatlarını həyata keçirirməklə yanaşı Avropa İttifaqında qeydiyyatda olan müəssisələrə xidmət göstərir.

Qeyd edək ki, LMD-nin üzv olduğu Baltikyanı qiymətli kağızlar bazarı 2008-ci ildə dünyanın ən böyük birja qrupu şirkəti olan ABŞ-ın NASDAQ OMX ilə birləşərək, birja və postreydinq əməliyyatları üçün müasir texnologiyalardan istifadə imkanına sahib olub.

Bankın qiymətli kağızlarını almış investorlar Şərqi Avropanın bir neçə dövlətini təmsil edir. Banknotlar üzrə faiz dərəcəsinin illik 11 faiz olduğunu deyən Rasim İsmayılov bu faiz dərəcəsinin banknotların ödəniş tarixinədək, yəni 2016-cı ilədək qüvvədə qalacağını bildirib.

Emissiya nəticəsində əldə olunacaq pul vəsaitlərinin istifadəsinə gəldikdə Rasim İsmayılov qeyd etmişdir ki, qiymətli kağızların yerləşdirilməsi nəticəsində cəlb olunmuş vəsait bank müştərilərinin maliyyələşdirilməsinin inkişafına: xırda və orta sahibkarlara biznes kreditlərinin verilməsinə, müştərilərin istehlak tələblərini təmin edilməsi ilə əlaqədar istehlak kreditlərinin verilməsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti