...

İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 20:45 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.

Trend-in məlumatına görə, yoxlamalar Bakının Nərimanov, Səbail, Sabunçu, Nəsimi rayonlarında və Masallı rayonunda aparılıb.

Ümumilikdə, monitorinqlər zamanı 140 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti