...

Azərbaycan əhalinin orta təbəqəsinin sayına görə Cənubi Qafqaz ölkələrini qabaqlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2013 19:01 (UTC +04:00)
Azərbaycan orta təbəqənin əhali arasında payına görə Cənubi Qafqaz ölkələrini qabaqlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Əmək Təşkilatının (BƏT) "2013-cü ildə dünya əməyi: iqtisadi və sosial quruluşun bərpası" hesabatında deyilir.
Azərbaycan əhalinin orta təbəqəsinin sayına görə Cənubi Qafqaz ölkələrini qabaqlayır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan orta təbəqənin əhali arasında payına görə Cənubi Qafqaz ölkələrini qabaqlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Əmək Təşkilatının (BƏT) "2013-cü ildə dünya əməyi: iqtisadi və sosial quruluşun bərpası" hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan əhalisinin təqribən 20 faizinin 10-20 dollar həcmində gündəlik gəliri var. Müqayisə üçün, Gürcüstan və Ermənistanda gəlirin belə səviyyəsi, müvafiq olaraq, 10 faizdən çox və 8 faiz təşkil edir.

Təşkilatın məlumatına görə, Gürcüstan əhalisinin təqribən 40 faizi azgəlirli qrupa aiddir (gündə 4 dollardan az), Ermənistanda bu göstərici 20 faizdir. Azərbaycanda əhalinin təqribən 18 faizi gündə 4 dollardan az gəlirə malikdir.

BƏT təsnifatında Azərbaycanı əhalinin orta səviyyədən yüksək gəliri olan ölkələr qrupuna aid edib. Təşkilatın məlumatına əsasən, ölkə əhalisinin böyük hissəsi gündə 4-dən 10 dollaradək gəlir səviyyəsi ilə "üzən qrupa"a aid edib.

Təşkilatın məlumatına görə, bu il Mərkəzi və Cənub-Şərqi Avropa, həmçinin MDB ölkələrində işsizlərin sayı azalaraq 15 milyon nəfər təşkil edəcək. 2015-ci ilə bu ölkələrdə 14,9 milyon işsiz proqnozlaşdırılır.

BƏT-in proqnozlarına görə, 2015-ci ilə dünyada işsizlərin sayı 208 milyon nəfərə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti