...

"Azərbaycan Dəmir Yolları": Bakı-Moskva marşrutunda reyslərin həyata keçirilməsində problem yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 12:31 (UTC +04:00)
Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Moskva marşrutunda heç bir dəmiryolu heyəti yoxdur.
"Azərbaycan Dəmir Yolları": Bakı-Moskva marşrutunda reyslərin həyata keçirilməsində problem yoxdur

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E. İsmayılov/

Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Moskva marşrutunda heç bir dəmiryolu heyəti yoxdur. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Rusiya KİV-in Bakı-Moskva marşrutunda qatarların hərəkətinin müvəqqəti dayandırılması barədə məlumatını şərh edərkən deyib.

Əzməmmədov bildirib ki, səhər saatlarında cədvələ uyğun olaraq, Moskvadan Bakıya sərnişin qatarı gəlib. Axşam saatlarında Bakı-Moskva və Bakı-Rostov sərnişin reyslərinin yola salınması da planlaşdırılır.

Onun sözlərinə görə, reyslərin həyata keçirilməsində və xüsusilə sərhəddə qatarların qəbulu və yola salınmasında heç bir problem yoxdur.

Qeyd edək ki, iyunun 14-də səhər saatlarında Şimali Qafqaz dəmiryolunun Mahaçqala hissəsinin dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.

Müvəqqəti olaraq Şimali Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti