...

Azərbaycan son on ildə Rusiya iqtisadiyyatına 560 milyon dollardan çox investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 13:40 (UTC +04:00)
Son 10 ildə Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi 560 milyon dolları ötüb.
Azərbaycan son on ildə Rusiya iqtisadiyyatına 560 milyon dollardan çox investisiya yatırıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A. Axundov/

Son 10 ildə Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi 560 milyon dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Vidadi Quliyev Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubunun təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2004-2012-ci illərdə Azərbaycanda Rusiya investisiyalı 479 şirkət qeydiyyata alınıb: "Rusiya şirkətləri Azərbaycanın dövlət investisiyaları hesabına həyat keçirilən ümumi dəyəri 10 milyon manat olan 5 layihədə podratçı qismində çıxış edir".

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə iki ölkə arasında xarici ticarət dövriyyəsi 2,338 milyard dollar təşkil edib, Azərbaycana idxal 1,39 milyard dollar, Azərbaycandan ixracat isə 960 milyon dollar olub. Bu ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz, ixracat 73 faiz, idxal isə 17 faiz artıb.

Quliyev qeyd edib ki, iki ölkə şirkətləri arasında işgüzar münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.
Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin məsləhətçisi Viktor Qluşenkonun sözlərinə görə, ticari-iqtisadi münasibətlərin inkişafında iki ölkənin ixracat potensialının artımı, həmçinin vergi sisteminin təkmilləşdirilməsi, hər iki ölkədə sahibkarlıq fəaliyyətinə dəstək vacib rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti