...

"Bank Technique" qrup kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2013 16:56 (UTC +04:00)
"Bank Technique" ölkədə sahibkarlara kiçik biznes kreditlərinin verilməsini genişləndirmək məqsədi ilə yeni kredit layihəsi - qrup kreditlərinə start verir.
"Bank Technique" qrup kreditləri təklif edir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

"Bank Technique" ölkədə sahibkarlara kiçik biznes kreditlərinin verilməsini genişləndirmək məqsədi ilə yeni kredit layihəsi - qrup kreditlərinə start verir.

Bankdan Trend-ə verilən məlumata görə, bu növ kreditlərdən bir-birini yaxşı tanıyan, eyni ərazidə yaşayan və ya eyni müəssisədə işləyən, istehsalat, xidmət, ticarət və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qruplar yararlana bilərlər.

12 ay müddətinə birgə zaminlik əsasında verilən qrup kreditinin məbləği 3000 manatadək nəzərdə tutulub. Qrup üzvlərinin sayı minimum, 3, maksimum 10 nəfər ola bilər.

Sahibkarlıq fəaliyyəti və ya ailə təsərrüfatı ilə məşğul olan vətəndaşlara sadələşdirilmiş qaydada kredit-maliyyə xidmətlərin göstərilməsi məqsədini daşıyan layihə həm də regionların sosial-iqtisadi inkişafına bir töhfədir.

İlkin mərhələdə qrup kreditləri Gəncə, Zaqatala, Biləsuvar və Beyləqan rayonlarında veriləcək, sonra isə digər regionlara da şamil olunacaq. Sahibkarlar artıq "Bank Technique"in qeyd edilən rayonlardakı filiallarına müraciət edə bilərlər.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti