...

Gələn il Azərbaycanda dövlət investisiya proqramının dəyəri 9 milyard dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 18:28 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda dövlət investisiyalarının həcmi 7,37 milyard manat səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi 2014-cü il və növbəti 3 ilin dövlət və icmal büdcələrinin layihəsində deyilir.
Gələn il Azərbaycanda dövlət investisiya proqramının dəyəri 9 milyard dolları ötəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Əliyev/

2014-cü ildə Azərbaycanda dövlət investisiyalarının həcmi 7,37 milyard manat səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi 2014-cü il və növbəti 3 ilin dövlət və icmal büdcələrinin layihəsində deyilir.

Dövlət büdcəsindən 6,26 milyard manat ayırmaq planlaşdırılır, daha 1,11 milyard manat daxili borclar, 1,92 milyard manat isə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına təmin ediləcək.

Bu vəsaitdən infrastruktur layihələrin həyata keçirilməsinə 4,74 milyard manat, sosialyönümlü layihələrə 1,86 milyard manat ayırmaq planlaşdırılır. Daha 775 milyon manat isə ərazilərin bərpası və yenidən qurulmasına, fövqəladə halların fəsadlarının aradan qaldırılmasına, habelə institusional və digər layihələrə ayrılacaq.

Ölkənin sosial-iqtisadi inkişafının prioritetlərinə müvafiq olaraq, 2014-cü ildə dövlət investisiyaları ilk növbədə sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni və incəsənət obyektlərinin tikintisi və yenidən qurulması, müdafiə, milli təhlükəsizliyin və Azərbaycan sərhədlərinin mühafizəsinin təminatı sahəsində cari layihələrin başa çatdırılmasına, həmçinin müxtəlif proqramların nəzərdə tutduğu layihələrə və ölkədə I Avropa olimpiadasının keçirilməsi ilə əlaqədar tələb olunan idman obyektlərinin tikintisinə, təmirinə və yenidən qurulmasına ayrılacaq.

Proqnozlara əsasən, növbəti illər investisiya qoyuluşları həcminin azalacağı gözlənilir. Belə ki, 2015-ci ildə dövlət investisiya proqramının həcmi 5,24 milyard manat həcmində, 2016 və 2017-ci illərdə isə müvafiq olaraq 4,66 və 4,18 milyard manat həcmində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti