...

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 16:48 (UTC +04:00)
2013-cü ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18,42 faiz azalaraq 7,041 milyard manat təşkil edib.
Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 40 faizdən çox artıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18,42 faiz azalaraq 7,041 milyard manat təşkil edib.

BFB-dən Trend-ə verilən məlumata görə, ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının təqribən 24,18 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 41 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-noyabr aylarında 5,965 milyard manatı, korporativ kağızlar bazarının dövriyyəsi isə 1,076 milyard manatı ötüb.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-noyabr ayları):

Bazarın seqmentləri

30.11.2013

30.11.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

109 180 822.74

80

37 635 335.00

73

290,10%

Korporativ istiqrazlar - (təkrar bazar)

564 904 018.96

175

325 946 685.47

114

173,31%

Səhmlər - (yerləşdirmə)

385 204 033.69

319

387 479 137.24

227

99,41%

Səhmlər - (təkrar bazar)

16 747 181.43

3 162

12 092 680.40

3 084

138,49%

KQK bazarı cəmi

1 076 036 056.82

3 736

763 153 838.11

3 498

141,00%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-noyabr ayları):

Bazarın seqmentləri

30.11.2013

30.11.2012

Faiz nisbəti

Əqdlərin hıcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

88 647 421.58

46

98 537 112.31

56

89,96%

Dİ (AR MN) -

(təkrar bazar)

30 535 228.09

12

21 029 020.89

19

145,21%

Notlar (AR MB) - (yerləşdirmə)

279 845 254.59

100

811 733 044.92

209

34,48%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612.02

4

138 209 486.82

26

31,80%

Repo əməliyyatları

5 522 177 626.66

503

6 798 310 399.70

938

81,23%

DQK bazarı cəmi

5 965 161 142.94

584

7 867 819 064.64

1 248

75,82%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti