...

"Bank Technique"-in aktivləri 25 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2014 13:25 (UTC +04:00)
"Bank Technique"-in aktivləri 2013-cü il ərzində 24,6% artaraq, 521,610 mln. manat təşkil edib.
"Bank Technique"-in aktivləri 25 faizə yaxın artıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"Bank Technique"-in aktivləri 2013-cü il ərzində 24,6% artaraq, 521,610 mln. manat təşkil edib.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən il ərzində fiziki şəxslərin depozit portfeli öz artım dinamikası ilə fərqlənərək, 74,2% artıb və 200,234 mln. manata çatdırılıb.

Hesabat dövründə, faiz və qeyri faiz gəlirləri 49,1% artaraq, 43,762 mln. manat olub. Bank tərəfindən cəlb olunmuş resursların optimallaşdırılması sayəsində faiz xərcləri 13,1% azalaraq, 18,100 mln. manata düşüb.

Bankın məcmu kapitalı 2012-ci ilin sonu ilə müqayisədə, 46,8% artaraq, 61,855 mln. manat olub. Kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş 12%-lik normaya qarşı 13,2% təşkil edib.

"Bank Technique" 2013-cü ilin nəticələrinə görə, 3,737 mln. manat həcmində mənfəət əldə edib. Nizamnamə kapitalı ötən il ərzində 10,345 mln. manat artıb və hazırda 75,100 mln. manat təşkil edir.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti, 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"-in 32 filial və 13 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti