Azərbaycan, Bakı, 5 mart /Trend/
Novruz bayramı münasibətilə "Zaminbank"ın bütün filial və şöbələrində bütün istiqamətlərə "Caspian Money Transfer" beynəlxalq sürətli pul köçürmələri sistemilə edilən pul köçürmələri məbləğdən asılı olmayaraq, komissiya haqqı cəmi 1 AZN olmaqla həyata keçirilir.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, kampaniya 31 mart 2014-cü il tarixinədək keçirilir.
Qeyd edək ki, "Zaminbank" fəaliyyətinə 1992-ci il noyabrın 16-da başlayıb. Hazırda bankın 38 filialı və 19 şöbəsi var.