...

Sahil Babayev: Riteyl Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaqda töhfə verə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2014 12:02 (UTC +04:00)
Pərakəndə biznes və onun inkişafı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaqda böyük töhfə verə bilər.
Sahil Babayev: Riteyl Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaqda töhfə verə bilər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Əliyev/

Pərakəndə biznes və onun inkişafı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaqda böyük töhfə verə bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bazar ertəsi Bakıda keçirilən riteylin və françayzinqin inkişafına həsr edilmiş "dəyirmi masa"da bildirib. Tədbir Dubay palatasının (BƏƏ-də işgüzar mühitin və biznes maraqlarının müdafiəsinin inkişafı ilə məşğul olan struktur) nümayəndə heyətinin səfəri çərçivəsində təşkil olunub.

S.Babayev deyib: "Azərbaycan son 10 il ərzində iqtisadiyyatın inkişafında böyük uğurlara nail olub və indi ölkə qarşısında "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş iqtisadiyyatın şaxələndirilməsi vəzifəsi durur. BƏƏ riteylin və françayzinqin inkişafında nəhəng təcrübəyə malikdir və bu təcrübə yerli sahibkarlar üçün faydalı ola bilər".

Onun sözlərinə görə, əmirliklərlə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığa dair ümumilikdə 20-dən artıq saziş imzalanıb: "Azərbaycanda hazırda BƏƏ investisiyalarının iştirakı ilə 200-ə yaxın şirkət çalışır, son illər ərzində isə ölkənin milli iqtisadiyyatına 465 milyon dollardan artıq sərmayə yatırılıb. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti