...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2014 19:11 (UTC +04:00)
Bu gün Şəmkir rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Şəmkir rayonunda üzümçülüyün inkişaf perspektivləri”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün Şəmkir rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Şəmkir rayonunda üzümçülüyün inkişaf perspektivləri", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən treninqdə kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, ekoloji təmiz üzüm məhsulları istehsalı müəssisələrinin təşkili, Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbir çərçivəsində mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti