...

İran Milli İnkişaf Fondu Azərbaycan Dövlət Neft Fondunun təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 11:15 (UTC +04:00)
28 aprel-1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
İran Milli İnkişaf Fondu Azərbaycan Dövlət Neft Fondunun təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 1 may /Trend/

28 aprel-1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində İran nümayəndə heyəti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.

Neft Fondundan Trend-ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq, Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində ARDNF-nin təcrübəsini öyrənmək, Santyaqo Prinsiplərinə əməl edilməsi və bu sahədə hesabatlılıq prosesi ilə daha yaxından tanış olmaqdan ibarət olub.

Görüşlərdə, həmçinin qonaqları maraqlandıran suallar, qarşılıqlı əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti