...

Azərbaycanda aktuar şəhadətnamələrin verilməsi üzrə dövlət rüsumunun məbləği təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2014 12:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsinə dair qanunu təsdiqləyib.
Azərbaycanda aktuar şəhadətnamələrin verilməsi üzrə dövlət rüsumunun məbləği təsdiqlənib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsinə dair qanunu təsdiqləyib.

Sənədə görə, aktuar şəhadətnamələrin verilməsinə görə tutulan dövlət rüsumunun məbləği 50 manat məbləğində müəyyən edilir.

Dövlət başçısının digər sərəncamı ilə ölkənin Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycanın qanunlarının və Azərbaycan Prezidentinin aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılması haqqında təklifi hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmək, həmçinin Nazirlər Kabinetinin normativ-hüquq aktlarının qəbul edilmiş dəyişikliklərlə uyğunlaşdırılmasını təmin etmək tapşırılıb. Bundan başqa, Nazirlər Kabinetinə beş ay müddətinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının təsdiq edilmiş dəyişikliklərlə uyğunlaşdırılmasına nəzarət etmək və bu barədə dövlət başçısına məlumat vermək tapşırılır.

Azərbaycan Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti