...

"Zaminbank"ın regional filialı yeni ünvana köçdü

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 19:54
"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq İsmayıllı filialı yeni ünvanda fəaliyyat göstərəcək.
"Zaminbank"ın regional filialı yeni ünvana köçdü

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq İsmayıllı filialı yeni ünvanda fəaliyyat göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, İsmayıllı şəhəri, Nizami küçəsi, 37 ünvanında yerləşən "İsmayıllı" filialı fiziki və hüquqi şəxslərə əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş aşağıdakı bank əməliyyatlarını həyata keçirir:

- Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

- Kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;

- Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;

- Hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;

- Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;

- Öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması;

- Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.

Filial fiziki şəxlərə hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.

Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azercell, Bakcell, Nar Mobile) üzrə ödənişləri qəbul edir.

Tel.:(994 20) 285-14-85/86/87
Faks: (994 20) 285-14-88

Məqalədə:
Xəbər lenti

Xəbər lenti