...

Azərbaycan Litva aviaşirkətini ala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2014 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycandan olan strateji investor Vilnüs meriyası tərəfindən yaradılan və zərərlə işləyən "Air Lituanica" aviaşirkəti ilə maraqlanır. O, şirkətin səhmlərinin təqribən 49 faizini almaq istəyir. Lakin Litva şirkəti irəli sürülən bir sıra tələblərə uyğun gəlməlidir - investor aşkar səhmdar strukturla müstəqil şirkəti almaq istəmir.

Trend-in "Eeversus.lt" portalına istinadən verdiyi məlumata görə, "Air Lituanica" şirkəti ilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) törəmə şirkəti olan "AZAL Avia Cargo", eləcə də "Silk Way Group" şirkəti də maraqlana bilər.

"Air Lituanica"in rəhbəri Kyastutis Binkauskas portala müsahibəsində deyib: "Söhbət olub, fikir, informasiya mübadiləsi aparılıb (...). Biz gələn il ərzində şirkətin fəaliyyətində yaxşı göstəricilərə nail olmaq istəyirik. Bu halda "Air Lituanica" investorlar üçün daha cəlbedici olacaq. Ona görə də çox fəal tədbirlər görürük".

Hava nəqliyyatının lisenziyalaşdırılması üzrə komissiya hesab edir ki, "Air Lituanica" şirkətinin maliyyə vəziyyəti ağırdır.

Litvanın kommunikasiyalar və nəqliyyat nazirinin müşaviri Riçardas Slapşis isə portala bildirib: "Şirkətin hazırda zərərlə işlədiyinə gəldikdə, bu hələ o demək deyil ki, onun fəaliyyətini dayandırmaq lazımdır (...). Bizə bildiriblər ki, investorlarla nizamnamə kapitalının artırılması və digər məsələlər barədə danışıqlar aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti