...

Azərbaycanın bank sektorunun kapitalının adekvatlığı normanı təxminən 7 faiz ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2014 11:47 (UTC +04:00)
Görülmüş tədbirlər nəticəsində Azərbaycanın bank sektorunun sabitlik göstəriciləri yaxşılaşıb, həmçinin müxtəlif risklərlə bağlı onun maliyyə təhlükəsizliyi güclənib.
Azərbaycanın bank sektorunun kapitalının adekvatlığı normanı təxminən 7 faiz ötüb

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Görülmüş tədbirlər nəticəsində Azərbaycanın bank sektorunun sabitlik göstəriciləri yaxşılaşıb, həmçinin müxtəlif risklərlə bağlı onun maliyyə təhlükəsizliyi güclənib. Trend xəbər verir ki, rəsmi mətbuatda dərc olunmuş məlumaa istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanata görə, hazırda bank sektorunun dayanıqlığının əsas indikatoru olan kapital adekvatlığı 12 faiz illik normaya qarşı 18,7 faiz təşkil edir. Bank sisteminin məcmu kapitalı cari ilin 11 ayında 21,3 faiz artıb.

Sənəddə deyilir: "Bank sektorunun likvidliyi yüksəkdir, öhdəlik və hesablaşmaların icrası fasiləsiz həyata keçirilir. Sistemin ani likvidlik əmsalı minimum tələbi 2 dəfə üstələyir.

Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının portfeldə xüsusi çəkisi 5,5 faiz təşkil edir. Bu da banklar tərəfindən yaradılmış ehtiyatlarla tam örtülür".

Mərkəzi Bankdan bildirirlər ki, xarici borc öhdəliklərinin bank resurslarında xüsusi çəkisi cəmi 22 faiz təşkil edir və bu dayanıqlıq baxımından təhlükəsiz səviyyədir: "Cari ildə bankların mənfəəti ötən illə müqayisədə 23 faiz artıb. Sistemin aktivlərinin gəlirliliyi 2%, kapitalın gəlirliyi sə13,8% təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti