...

"Silk Way West" aviaşirkəti IATA-nın üzvü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2015 13:28 (UTC +04:00)
"Silk Way West" aviaşirkətinə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvlük sertifikatı təqdim olunub.
"Silk Way West" aviaşirkəti IATA-nın üzvü oldu

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Silk Way West" aviaşirkətinə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvlük sertifikatı təqdim olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, sertifikatın təqdimatı IATA nümayəndəsi, Türkiyə, Azərbaycan və Türkmənistan üzrə regional meneceri xanım Funda Çalışır və "Silk Way West" aviaşirkətinin rəhbəri Kamran Qasımovun iştirakı ilə Bakıda keçirilən "Caspian Air Cargo Summit" VI Beynəlxalq konfransda baş tutub.

Tədbir iştirakçılarına IATA haqqında məlumat verən K.Qasımov bu sertifikatın "Silk Way West" aviaşirkəti üçün böyük nailiyyət olduğunu, yeni bazar imkanları açdığını və beynəlxalq hava yükdaşımaları aləmində tanınmağa şərait yaratdığını vurğulayıb.

"Silk Way West" aviaşirkəti ilk IATA Əməliyyat Təhlükəsizlik Auditindən (IOSA) keçib və buna 2017-ci ilin yanvar ayına kimi riayət edəcək.

Hazırda IATA-nın üzvləri sırasına 119 ölkədən 255 aviasiya şirkəti daxildir. IATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu var və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti