...

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu keçirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 11:41 (UTC +04:00)
Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə başlayıb.
Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu keçirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Təfərrrüatlar əlavə olunub (ilk xəbər saat 10:17-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Forumda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə Azərbaycanda ÜDM 1 faizdən çox, qeyri-neft sektorunda isə 8,4 fazi artım qeydə alınıb: "Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait yatırılıb ki, bunun da yarısı xarici vəsaitdir. Davos İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliyi üzrə dünyada 40-cı yeri tutub. Bu da MDB ölkələri arasında ən yaxşı göstərici deməkdir".

Nazir müavini qeyd edib ki, dövlət qarşısında duran vəzifələrin reallaşdırılması, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitinin yaxşılaşdırılması, əhalinin dünya böhranlarının mənfi nəticələrindən qorunması üzərində işləyir: "Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirlərini artırmaq lazımdır və təbii ki, bunun üçün sahibkarlar və biznes strukturları ciddi iş görməlidirlər. Onlar vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar".

O əlavə edib ki, dövlət başçısı sahibkarlar və dövlət orqanları qarşısında konkret vəzifələr qoyub: "Bu vəzifələrin reallaşdırılması bizim borcumuzdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti