Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda bayramqabağı təşkil edilmiş yarmarkalar istehlak bazarında qiymətlərin azalmasına xidmət edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində bəzi kənd təsərrüfatı məhsullarının qiymətləri azaldılıb: "Bazar hər şeyi tənzimləyir və son günlər Dövlət Xidmətinə mağazalarda süni qiymət artımı ilə bağlı şikayətlər daxil olmayıb".