Bakı. Trend:
Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və qadın sahibkarlığı bu gün ölkədə böyük dəstək alır.
Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
O bildirib ki, ölkə iqtisadi cəhətdən inkişaf etdikcə qadın sosial sahibkarlığı sahəsində yeni istiqamətlərin inkişafı üçün imkanlar yaranır:
“İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması dövlətin sosial-iqtisadi strategiyasının əsas istiqamətlərindəndir”.