...

Niyazi Səfərov: Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində böyük işlər görüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2020 11:24 (UTC +04:00)
Bu istiqamətdə elektron hökumət yaradılıb və bunun vasitəsilə müxtəlif elektron xidmətlər göstərilir, yeni platformalar yaradılır
Niyazi Səfərov: Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində böyük işlər görüb

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində böyük işlər görüb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" konfransında deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə elektron hökumət yaradılıb və bunun vasitəsilə müxtəlif elektron xidmətlər göstərilir, yeni platformalar yaradılır və ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyası reallaşdırılır:

“Azərbaycanda "Lisenziyalar və icazələr" portalının işə düşdüyü 1 mart 2018-ci ildən bəri 1500-dən çox lisenziya verilib. Ötən il portalının fəaliyyətin təkmilləşdirilib, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsi ilə 800-dən çox elektron lisenziya verilib”.

N.Səfərov bildirib ki, İqtisadiyyat Nazirliyi fəaliyyət sahəsində 94 xidmət göstərir ki, bunun da 68-i elektron xidmətlərdir. 63 elektron xidmət interaktiv, 5 xidmət isə informativdir.

Nazir müavini əlavə edib ki, 2019-cu ildə elektron hökumətə 96 mindən çox müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti