...

Bakıda ilk Azərbaycan-İsrail aqrobiznes-forumu öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2006 16:05 (UTC +04:00)

Fevralın 20-də Bakıda ilk Azərbaycan-İsrail aqrobiznes-forumu öz işinə başlayıb. Trend bildirir ki, tədbirin təşkilatçıları ölkənin iqtisadi inkişaf nazirliyi, ixrac və investisiyaların təşviqi Fondu və İsrailin Bakıdakı səfirliyidir.

Biznes-forumda kənd təsərrüfatı naziri İsmət Abbasov, onun müavini Bəhram Əliyev, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, İsrailin Bakıdakı səfiri Artur Lenk, ixrac və investisiyaların təşviqi Fondunun rəhbəri Emil Məcidov iştirak edib.

Biznes-forumda Azərbaycan tərəfdən çıxış edənlər İsrailin aqrar sahədə fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlıqda, təcrübə mübadiləsində maraqlı olduqlarını qeyd ediblər.İsrail tərəfinin Azərbaycan ilə kənd təsərrüfatının inkişafında təcrübə mübadiləsinə, qağlaşdırma istehsalı sahəsində yerli şirkətlərlə birgə layihələrin həyata keçirilməsinə, suvarma sistemlərinin tətbiqinə hazır olduğu qeyd olunub.

B.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanın aqrar sahəsində baytarlıq, bitkiçilik və heyvandarlıqla bağlı bəzi problemlər vardır. "Azərbaycan aqrar sahədə 121 ölkə ilə ixrac-idxal münasibətləri saxlayır, amma meyvəçilik, bağ bitkiləri sahəsində emal və qablaşdırma müəssisələrinin yaradılması zəruridir" -deyə o qeyd edib.

M.Cabbarov ölkənin iqtisadi inkişafında xarici investisiyaların rolunu qeyd edərək bildirib ki, Azərbaycana $20 mlrd. həcmində sərmayə qoyulub.

Forum fevralın 21-dək Qubada A.Lenk, rayonun İcra başçısı, eləcə də Azərbaycan və İsrail müəssisələri nümayəndələrinin iştirakı ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti