Azərbaycan Milli Bankı (AMB) köhnəlib sıradan çıxmış pulların ləğv olunması üzrə yeni qaydalar hazırlayır. Trend in məlumatına görə, martın 17-də AMB-nın rəhbəri Elman Rüstəmov bildirib ki, MB-da mövcud olan ləğv etmə avadanlıqları köhnəlib və səmərəliliyi aşağıdır. Buna görə də ölkəyə yeni avadanlıqlar gətiriləcək, eləcə də əsasbankın binasından kənarda köhnəlmiş əskinasların daxil olacağı xüsusi yeni blok tikiləcək.
E.Rüstəmovun sözlərinə görə, bu avadanlıqlar pulları sərbəst sayacaq, yararsız, saxta pulları müəyyən edəcək və onları məhv edəcək. Bu məsələdə İsveçrə milli bankının təcrübəsi öyrəniləcək ki, burada da sərbəst ləğvetmə funksiyalarına malik avadanlıqlar malikdir. Lakin ölkəmizdə qüvvədə olan qanunvericilik belə mexanizmi tətbiq etməyə icazə vermədiyinə görə, bu texnologiyadan istğifadə etmək olmaz. Buna görə də bütün yararsız pullar tərtib olunmuş akt əsasında ləğvetmə üzrə xüsusi dövlət komissiyasına təqdim olunacaq. "Əgər pulların ləğv edilməsinin metodikasında dəyişikliklər edilərsə, o zaman bizim avadanlıqlardan istifadə olunacaq", - E.Rüstəmov bildirib.
Qeyd edək ki, dövlət komissiyasının tərkibinə hökumət nümayəndələri də daxildir.