...

Azərbaycan və Ukrayna Hesablama Palataları əməkdaşlığa dair saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2006 13:32 (UTC +04:00)

Mayın 3-də Ukrayna Hesablama Palatasının Bakıda olan nümayəndə heyəti Azərbaycan Hesablama Palatası ilə "Əməkdaşlıq haqqında" saziş imzalayıb. Trend in xəbər verdiyi kimi, Ukrayna nümayəndə heyətinə bu ölkənin Hesablama Palatasının sədri Valentin Simonenko rəhbərlik edir.

Sazişdə dövlət maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq qayda və metodologiyanın hazırlanması sahəsində təcrübə mübadiləsinin aparılması, kadrların ixtisasının artırılması istiqamətində qarşılıqlı fəaliyyət, maliyyə nəzarəti üzrə birgə tədbirlərin keçirilməsi və informasiya mübadiləsi nəzərdə tutulur.

Ukrayna nümayəndə heyəti mayın 7-dək Bakıda olacaq.

Xəbər lenti

Xəbər lenti