...

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında məhkəmə sistemində islahatlarla bağlı danışıqların tarixi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 14:53 (UTC +04:00)

Mayın 11-də başlanacaq Azərbaycanın məhkəmə sisteminin müasirləşməsi layihəsinin kredit razılaşması üzrə rəsmi danışıqların keçirilməsi üçün Dünya Bankının (DB) dövlət sektorunun idarə olunması üzrə aparıcı mütəxəssisi Valid Malek Bakıya gələcək.

DB-nın Bakı ofisindən Trend ə verilən məlumata görə, danışıqların aparılması üçün həmçinin, hüquqşünasın da gələcəyi gözlənilir. Mütəxəssislərlə satış və maliyyə aspektləri üzrə müzakirələr video-konfrans vasitəsilə aparılacaq.

Danışıqların yekunu üzrə layihə baxılmaq üçün Direktorlar Şurasına göndəriləcək və Şura maliyyənin iyunun sonlarına kimi açılmasına baxacaq.

Layihə $33,6 mln. dəyərində qiymətləndirilir. Yapon hökuməti $3 mln. qrant ayıracaq. Yerdə qalan hissə hökumət tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti